Çin Tayvanın istiqlaliyyəti əleyhinə qanun qəbul edib

QafqazTimes xəbər verir ki, Çinin hakim partiyası şənbə günü (22 oktyabr) Çin Kommunist Partiyasının onillikdə iki dəfə keçirilən Konqresinin yekununda dərc edilmiş qətnaməyə əsasən, Tayvanın müstəqilliyinə qarşı çıxdığını konstitusiyaya daxil edib.

Fransa xəbər agentliyinin məlumatına görə, qətnamədə deyilir: “(Konqres) partiyanın nizamnaməsində “Tayvanın müstəqilliyi”nə can atan separatçılara qarşı qətiyyətli müxalifətin və onların məsuliyyətə cəlb olunmasının təsbit edilməsinə razıdır.”

Çin prezidenti Si Cinpin Kommunist Partiyasının Konqresindəki son çıxışında Çin və Tayvanın yenidən birləşməsinin tarixi məsələ olduğunu və buna nail olunacağını açıqlayıb.

Si çıxışının bir hissəsində xarici qüvvələrin Çin və Tayvanın daxili işlərinə qarışması ilə bağlı xəbərdarlıq edərək əlavə edib: “Tayvan məsələsinin həlli Çin xalqına məxsusdur və bunu yalnız Çin xalqı həll etməlidir. Biz son dərəcə səmimiyyət və sülh yolu ilə birləşmə perspektivinə sadiq qalacağıq, lakin gücdən istifadədən heç vaxt imtina etməyəcəyik.”

Co Baydenin dövlət katibi Antoni Blinken iddia edib ki, prezident Si Cinpin rəhbərliyi ilə Çin hökuməti Tayvanı “daha sürətli bir zaman cədvəli” ilə ilhaq etmək planlarını həyata keçirir.

ABŞ dövlət katibi bu iddia ilə bağlı heç bir sənəd təqdim etmədən Çinə Tayvanı ilhaq etməyin qlobal iqtisadiyyata ciddi zərbə vuracağı barədə xəbərdarlıq edib.

Related posts

Dünyanı kim qarışdırır?

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı