Çin prezidenti: Regionda sülh Fələstin məsələsindən asılıdır

Qafqaztimes xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi “Wafa”-nın məlumatına görə, Çin prezidenti Si Cinpin Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasln məktubuna cavab olaraq yazdığı məktubunda bildirib ki, Çin beynəlxalq dairələrdə Fələstinin qanuni hüquqları bərpa olunana qədər, Fələstin məsələsinə dəstək verəcək.

Çin prezidenti məktubunda yazıb ki, Fələstin məsələsi Qərbi Asiya regionunda fundamental məsələdir və həll olunmayana qədər region əsl sülhün şahid olmayacaqdır.

O əlavə edib: “Beynəlxalq ictimaiyyət sülhə qarşı torpaq prinsipinə, iki dövlətli həllə yoluna sadiq olmalı və paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində addımlar atmalıdır.”

Si Cinpin belə davam edib: Əlaqədar tərəflər, xüsusilə Fələstin məsələsində təsirli olan ölkələr ədalətli mövqe nümayiş etdirərək Fələstin və İsrail tərəflərini danışıqları mümkün qədər tez bərpa etməyə çağırmalıdırlar.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri