ABŞ qanunvericiləri İsrail şirkətinin sanksiyasını tələb ediblər

Qafqaztimes xəbər verir ki, Reuters xəbər agentliyinin məlumatına görə çərşənbə günü bir qrup ABŞ qanunvericisi Maliyyə Nazirliyi və Dövlət Departamentinə məktub yazaraq NSO və avtoritar hökumətlərə insan haqlarını pozmağa kömək edən digər üç xarici nəzarətçi şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Məktubda İsrailin casusluq şirkəti, BƏƏ-nin kibertəhlükəsizlik şirkəti “Darkometer” və Avropanın onlayn müşahidə şirkətləri olan “Nexa Technologies” və “Trovicor”-un yüksək səviyyəli rəhbərlərinin boykot edilməsinə çağırış edilib.

Qanunvericilər bu tələbi insan haqlarını pozmaqda ittiham olunanların bank hesablarının dondurulması və ABŞ-a səyahətə qadağa qoyulması ilə cəzalandıran Maqnetski adlı Qlobal Sanksiyalar Aktına uyğun olaraq irəli sürüblər.

Məktubu Senatın Maliyyə Komitəsinin sədri Ron Veyden, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şaff və digər 16 demokrat qanunverici imzalayıblar. Buna səbəb kimi NSO-nun Uqandadakı amerikalı iş adamlarına qarşı casusluq etdiyinə dair məlumatların olması qeyd olunub.

Related posts

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı

ABŞ-ın əsil siması