Çin: İranın qanuni və məntiqi tələblərini dəstəkləyirik

Qafqaztimes xəbər verir ki, Çinin hökumət müşaviri və xarici işlər naziri Vanq Yi cümə axşamı bildirib ki, Pekin İranın nüvə probleminin siyasi və diplomatik həllinə qətiyyətlə sadiqdir və Vyana danışıqlarında tez bir nəticə əldə etmək üçün tərəflərlə çalışmağa davam edəcəkdir.

“China Today”in məlumatına görə, Vanq İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığında deyib ki, Çin 2015-ci il sazişinin bərpasına yönəlmiş danışıqların davam etdirilməsini dəstəkləyir.

Çinin diplomatik xidmətinin rəhbəri həmçinin vurğulayıb ki, bu ölkə İranın qanuni və məntiqi tələblərini dəstəkləyir və istənilən mərhələdə təzyiq amilindən istifadə edilməsinə qarşıdır.

Çin mediasının məlumatına görə, danışıqların irəliləyişində Çinin konstruktiv rolunu yüksək qiymətləndirən Abdullahian Vyana danışıqlarındakı son proseslərlə bağlı Vanq Yini məlumatlandırıb.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı