Çin diplomatı: Fələstinlilərin vəziyyətinin yaxşılaşdırılması zəruri ehtiyacdır

QafqazTimes xəbər verir ki, Çinin BMT-dəki nümayəndəsi Zhang Jun bazar ertəsi axşam saatlarında işğal olunmuş Fələstində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı xəbərdarlıq edib.

Zhang Təhlükəsizlik Şurasının iclası zamanı deyib: “İşğalçı dövlət (Fələstinin) işğal olunmuş ərazilərində insanların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq qanunlara əsaslanan öhdəliklərini effektiv şəkildə həyata keçirməlidir.

O, Çinin işğal olunmuş Fələstin torpaqlarında təhlükəsizlik vəziyyətinin pisləşməsindən çox narahat olduğunu bildirərək, belə qeyd edib: “BMT-nin statistikasına görə, 2022-ci il 2005-ci ildən bəri İordan çayının qərb sahilində fələstinlilər üçün ən ölümcül ildir.”

Çin diplomatı həmçinin deyib: “Çin mülki şəxslərə qarşı edilən bütün ehtiyatsız hücumları, uşaqların hüquqlarının pozulmasını pisləyir və təhlükəsizlik qüvvələrinin zor gücünə əl atmasına qarşıdır.”

Sonda Zhang Fələstinin humanitar və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının zəruri ehtiyac olduğunu da vurğulayıb.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…