Çin: ABŞ Müdafiə Nazirliyinin qərarı dözülməzdir

Qafqaztimes xəbər verir ki, Çin hökuməti dünən (çərşənbə axşamı) ABŞ Müdafiə Nazirliyinin Əfqanıstanda dinc əhalini qətlə yetirən əsgərləri cəzalandırmamaq qərarına reaksiya verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib: “Pentaqonun öz əsgərlərini Kabildə pilotsuz təyyarələrlə mülki şəxslərə hücuma görə cəzalandırmaması dözülməzdir”.

“China Daily” saytının məlumatına görə, Vanq beynəlxalq ictimaiyyəti ABŞ hərbçiləri arasında müharibə cinayətlərinə görə məsuliyyət daşıyanları araşdırmağa və cəzalandırmağa çağırıb.

O, həmçinin bu barədə deyib: “Amerika qüvvələrinin Əfqanıstanda mülki şəxsləri öldürməsi cinayəti qəbuledilməzdir. Məni daha da qəzəbləndirən odur ki, Birləşmiş Ştatlar bu qətliamı törədənlərə toxunulmazlıq verməklə onları daha da cəsarətləndirir.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib