Çili Fələstində səfirlik açacaq

QafqazTimes xəbər verir ki, Çili prezidenti Qabriel Boriç dünən axşam ölkəsinin Fələstindəki siyasi nümayəndəliyini səfirlik səviyyəsinə yüksəltməyi planlaşdırdığını açıqlayıb.

Əl-Qüds Əl-Ərəbi qəzetinin məlumatına görə, Boriç bunu Santyaqoda yaşayan Fələstin vətəndaşlarının iştirakı etdiyi İsa Məsihin (əleyhissalam) mövludu bayramında etdiyi çıxışında bildirib.

Boriç deyib: “Hökumətim tərəfindən qəbul edilmiş, hələ açıqlamadığımız və indi açıqlamaq istədiyim qərarlardan biri də odur ki, biz Fələstindəki rəsmi siyasi nümayəndəliyimizin səviyyəsini indiki müvəqqəti işlər vəkilindən səfirliyə yüksəldəcəyik.”

O, həmçinin vurğulayıb: Fələstinlilər mövcud olan, müqavimət göstərən və qədim tarixə malik olan bir xalqdır.

Qeyd edək ki, hazırda Çilinin 1998-ci ilin aprelində açılan İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstin Muxtariyyətində siyasi nümayəndəliyi, Fələstinin isə Santyaqoda səfirliyi vardır.

Çili 2011-ci ildə rəsmi olaraq Fələstini bir ölkə kimi tanıdı və sonra onun UNESCO-ya üzvlüyünü təsdiq etdi.

Fələstinlilər indiyədək sionist rejimin Fələstin ərazilərindəki hərbi əməliyyatlarına etiraz olaraq Çilidə dəfələrlə nümayişlər keçiriblər.

Çili və Fələstin iki xalqı arasında sıx əlaqələr mövcuddur. Bu münasibət 20-ci əsrdə fələstinlilərin Latın Amerikasının qərbində yerləşən Çiliyə köçündən sonra başlayıb. Çilidəki fələstinlilərin sayı hazırda 300.000-dən çoxdur və onlar Yaxın Şərqdən kənarda yaşayan ərəb vətəndaşlarının ən böyük milli azlığı hesab olunurlar.

Çilidəki fələstinlilər əsasən ticarət və tekstil sənaye sektorunda cəmləşiblər. Bundan əlavə Fələstin əsilli çilililər siyasi arenaya uğurla qoşula biliblər.

Çilidəki fələstinlilərin 1920-ci ildə yaradılmış futbol klubu var və onun oyunçularını ərəb mühacirləri təşkil edir. Bu klubun matçlarını Fələstin ərazilərində minlərlə azarkeş izləyir.

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib

3 şərhlər

Anonim Dekabr 24, 2022 - 5:44 axşam

порно онлайн чат с девушками. Click Here:👉 http://rt.livepornosexchat.com/

majorsite Yanvar 14, 2023 - 7:25 səhər

I’m writing on this topic these days, majorsite, but I have stopped writing because there is no reference material. Then I accidentally found your article. I can refer to a variety of materials, so I think the work I was preparing will work! Thank you for your efforts.

slotsite Yanvar 31, 2023 - 8:45 səhər

I came to this site with the introduction of a friend around me and I was very impressed when I found your writing. I’ll come back often after bookmarking! slotsite

Add Comment