Chi Chi pedofiliyanı təbliğ edir!

QafqazTimes.com Lenta-ya istinadən xəbər verir: Londonun məşhur Chi Chi geyim brendi Lolita adı ilə qız donunu nümayiş etdirib. Lolita yazıçı Vladimir Nabokovun “Lolita” romanından götürülüb. Bu barədə Independent xəbər yayıb. 3-11 yaşlı qızlar üçün nəzərdə tutulmuş tünd qırmızı – albalı rəngli donun sinəsi və kürəyi tor parça ilə işlənib.

Donun adı internet müştərilərində narazılıqla qarşılanıb. Romanda Lolita adlı qız atalığı tərəfindən seksual zorakılığa məruz qalır. Yazıçı Viktoriya Koren Mitçell (Victoria Coren Mitchell) öz Twitter səhifəsində bu ada etiraz edib. İstifadəçilər Mitçeli müdafiə ediblər. Bu kitabı oxumayanlar da onun məzmunundan xəbərdardır. Geyimi reklam edən John Lewis satış şəbəkəsi məlumatı silib və alıcılardan üzr istəyib.

2018-ci ildə reteyler  Dolls Kill Lolita adı ilə şortik, alt paltarı reklam edib. Bu adın pedofiliyanı təbliğ etməsi kimsədə şübhəyə yer qoymur.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik