“Charlie Hebdo” yenə qalmaqal yaratdı

Fransanın “Charlie Hebdo” jurnalı bu dəfə Türkiyədə baş verən təbii fəlakətə aid bir karikatura ilə insanlıqdan uzaq bir şəkildə zərərçəkmişlərə hörmətsizlik edib.

Əl-Aləm telekanalının məlumatına əsasən, “Charlie Hebdo” bu dəfə Türkiyədə baş verən zəlzələdə zərər çəkən insanları ələ salan bir karikatura yayımlayaraq əslində müsəlmanları tənqid atəşinə tutub.

Bu məlumata görə “Charlie Hebdo” “Günün Fotosu” başlığı altında çap etdiyi karikaturada  Türkiyədə baş verən zəlzələdən sonra dağılmış binalar təsvir edilib və aşağısında yazılıb: Artıq tank göndərməyə ehtiyac yoxdur”

Bu karikatura isə Türkiyə xalqının böyük hiddətinə səbəb olmaqla bərabər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətinin rəhbəri İbrahim Kalın “Charlie Hebdo” jurnalının zəlzələ ilə bağlı çəkdiyi karikaturaya münasibət bildirib.

Kalın bu barədə tviter səhifəsində yazıb.

 “Modern barbarlar! Kin və nifrətinizdə boğulun”, – deyə o qeyd edib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır