Ceninin cənubunda fələstinlilərlə sionistlər arasında silahlı qarşıdurma

QafqazTimes xəbər verir ki, yerli mənbələr axtarışda olan Əla Zəkarnə adlı fələstinli gəncin evinin mühasirəyə alınmasından sonra Cenin şəhəri yaxınlığındakı Qabatiyyə qəsəbəsində fələstinli mücahidlərlə İsrail işğalçı qüvvələri arasında silahlı qarşıdurma baş verdiyini bildirib.

Hesabatlar bu ərazidə münaqişənin davam etdiyini göstərir. Yerli Fələstin mənbələri bu toqquşmalarda 6 fələstinlinin yaralandığını bildiriblər.

Fələstin mənbələri dünən gecə İordan çayının qərb sahilində yerləşən Ramallah və Nablus şəhərləri yaxınlığında fələstinli mücahidlərlə İsrail işğalçı qüvvələri arasında iki silahlı qarşıdurma baş verdiyini açıqlayıb.

Fələstin İnformasiya Mərkəzinin məlumatına əsasən, müqavimət döyüşçüləri Ramallahın şərqində Selvad şəhəri yaxınlığında sionistlərə atəş açaraq, onlarla silahlı qarşıdurmaya giriblər.

Fələstinli mücahidlər həmçinin Nablusun cənubundakı Yitzhar şəhəri yaxınlığında sionistlərlə silahlı qarşıdurmada olublar.

Statistikalar son aylarda İordan çayının qərb sahilində fələstinlilərin müqavimət əməliyyatlarının artdığını göstərir.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…