Cavanların Ərdoğana etimadı ən aşağı səviyyəyə düşüb

QafqazTimes xəbər verir ki, Türkiyədə bir araşdırma institutunun yeni sorğusuna əsasən, Türkiyədə ilk dəfə səs verən seçicilərin 57,5%-i 2023-cü il seçkilərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana heç vaxt səs verməyəcəklərini bildirib.

“Cumhuriyyət” qəzetinin məlumatına görə bu institutunun sorğuları göstərib ki, 18-22 yaş arasında olan gənc seçicilərin yalnız 19,3%-i hazırkı prezidentə səs verəcəklərini bildirib.

“Ərdoğana, yoxsa “müxalifət namizədinə” səs verəcəklərini soruşduqda, 51,9% rəqibə səs verəcəklərini bildiriblər.

Sorğu göstərib ki, ölkə gəncləri hakim partiyaya qarşı çıxmağa üstünlük verib, belə ki, 36,9 faiz ana müxalifət Xalq Partiyasına (CHP) səs verəcəklərini bildiriblər. Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 21,2%-lə bu sorğularda ən aşağı səviyyə əldə edib.

54%-dən çoxu Türkiyənin keçmiş parlament sisteminə üstünlük verir, 24,8%-i isə 2017-ci ildə referendum yolu ilə həyata keçirilən hazırkı prezidentlik sistemini seçib.

Türkiyədə Ərdoğanın iyirmi ildən artıq hakimiyyətindən sonra gələn ilin iyununda seçkilərin keçiriləcəyi gözlənilir. Ölkənin böhranlı iqtisadiyyatı, koronovirus epidemiyasının təsiri, hökumətin immiqrasiya siyasəti və xarici siyasət məsələləri AKP və Ərdoğanın özünə dəstəyin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri