Cavad Zərif: Netanyahu da tarixin zibilliyinə qovuşdu, lakin İran başı uca dayanmaqdadır

Qafqaztimes xəbər verir ki, İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, twitter hesabında İsrail Baş naziri Benyamin Netanyahunun siyasi həyatının sona çatmasına reaksiya verib.

İran xarici işlər naziri eyni zamanda bu tvitində ABŞ-ın keçmiş prezidenti Donald Trampı və onun ən iki anti-İran müşavirlərini (Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo) İran əleyhinə siyasət yürütməkdə Netanyahunun ortaqları kimi təqdim edib.

Zərif adı çəkilən tvitində belə yazıb: “Netanyahu bədnam İran əleyhdarları – Bolton, Tramp və Pompeo ilə birgə tarixin zibilliyinə yollandı, lakin İran hələ də başı uca dayanmaqdadır. Bu tale bir neçə minilliklər ərzində iranlılara zərər vermək istəyənlər üçün təkrarlanmaqdadır. Yolu dəyişdirməyin vaxtı gəldi.”

Qeyd edək ki, İsrail prezidentinin hökumət qurma fürsətinin bitməsinə bir neçə saat qalmış KİV-ləri elan etmişlər ki, “Yeş Atid” partiyasının lideri Yair Lapidin vahid ərəb siyahısının yeni kabinet koalisiyasına qoşulmasına razılıq verməsilə o, artıq kabinet qurmaq üçün lazımlı vasitələri əldə etmişdir. Yeni kabinet üzvlərinin siyahısının sionist rejimin prezidentinə təhvil verilməsi planlaşdırılır.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur