Bu gün Fələstin 5 şəhid verdi

Fələstin Özünüidarə Təşkilatı dünən (12 yanvar) İordan çayının qərb sahilində 18 yaşlı yeniyetmənin şəhid olmasından xəbər verib.

Fars Xəbər Agentliyinin Şahab agentliyinə istinadən verdiyi məlumata görə Əbdül Hadi Fəxri sionist rejim hərbçilərinin gülləsinə tuş gəlib.

Eyni zamanda sionistlərin Qubatiyyə qəsəbəsinə basqını zamanı da 25 yaşlı Həbib Məhəmməd Əbdürrəhman şəhid edilib.

Həmçinin bu hücumlarda bir yeniyetmə sinəsinə vurulan yaradan xəstəxanaya köçürülüb.

41 yaşlı Səmira Aslan adlı bir nəfər də Beytül Müqəddəsin Qələndiya düşərgəsində oğluna edilən zorakılığa qarşı çıxdığı üçün bu gün sionistlərin gülləsi ilə şəhid edilib.

Həmçinin Əl-Xəlil sakini Məhəmməd Osman Səmasərə də sionist rejim hərbçilərinin təcavüzkarlığı nəticəsində şəhid olub.

Qeyd edək ki, sionist rejim fələstinlilərin qorxusundan işğal olunmuş ərazilərdə hərbçilərinin sayını artırmaqdadır

Related posts

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı

Rəfəh şəhidlərinin sayı artır