Bu dəfə yəhudilər İsrail bayrağını yandırdı

İşğal olunmuş Qüdsdə keçirilən aksiyada yəhudilər İsrail bayrağına od vurub yandırdılar.

Əl Aləm telekanalının məlumatına əsasən, dünən (27 aprel) İsrailin mövcudluğuna kəskin şəkildə qarşı çıxan yəhudi ortodoks hərəkatı “Neturey Karto”dan olan yəhudilər . Bu günlərdə keçirilmiş aksiyalardan birində ortodoks yəhudilər fələstinlilərin hüquqlarını müdaifə və yəhudi təlimlərinə zidd olan İsrail rejiminə etiraz əlaməti olaraq sionist rejimin bayrağını yandırıblar.

Aksiyaçılar sionist rejimin cinayətlərini pisləyən şüarlar səsləndirib, əllərində etiraz plakatları və İsrail bayrağı daşıyıblar. Sonda isə əksər İsrail bayraqlarına od vurularaq yandırılıb.

Qeyd edək ki, 1935-ci ildə Qüdsdə yaradılmış “Neturey Karto”(qədim arami dilində”şəhərin keşikçiləri”) Yəhudi hərəkatı yaranışından bəri sionizmə və İsrail dövlətinə qarşı çıxır. Hərəkat hesab edir ki, sionizm və İsrail dövləti əsl Tövrat qanun və dəyərlərinin əleyhinədir. Onlar hətta yəhudilərin Hitler tərəfindən məşhur soyqırımı kimi tanınan “Holokost”u da “sionistlərin planlarının tərkib hissəsi və “Allahın yəhudi xalqına cəzası” kimi dəyərləndirirlər.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir