QafqazTimes xəbər verir ki, sionist rejimin Kan 11 kanalı Britaniya Daxili Kəşfiyyat Xidmətinin İranın bu ölkəni təhdid etməsi iddiasının arxasında bu rejimin dayandığını iddia edib.
Sionist JNS saytının bu telekanalına istinadən verdiyi məlumata görə, İranın Britaniya vətəndaşları və sakinlərinə qarşı “terror təhdidləri” barədə Mİ5-i məlumatlandıran məhz Mossad olub. Bu hesabata görə, jurnalistlər İranın “sui-qəsdlərinin” əsas hədəfləri arasında olub.
Bundan əvvəl Britaniyanın daxili kəşfiyyat xidmətinin (MI5) rəhbəri Ken Makkallum İranın öz kəşfiyyat xidmətləri vasitəsilə Britaniyanı birbaşa təhdid etdiyini iddia etmişdi. Onun sözlərinə görə, İranın kəşfiyyat orqanları Britaniya vətəndaşlarını və ya bu ölkədə yaşayan insanları oğurlamağa və ya öldürməyə azı 10 dəfə cəhd edib.
Londonun anti-İran iddialarından sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Səudiyyə Ərəbistanı mediasına müsahibəsində Londonun “İran İnternational” terror şəbəkəsinin mühafizəsinin gücləndirilməsini müdafiə edərkən İran əleyhinə iddialarını təkrarlayıb.
İranda son iğtişaşlar başlayandan ABŞ-dan əlavə, bir sıra Avropa ölkələri və Böyük Britaniyanın hakimiyyət orqanları iğtişaşçılara dəstək vermiş və müdaxilə xarakterli bəyanatlarla iğtişaşların şiddətlənməsinə çalışmışlar. Bu ölkələr bu qeyri-konstruktiv proseslə kifayətlənməyərək, İranın bir sıra rəsmi və qurumlarına qarşı sanksiyalar tətbiq etmişlər. Sanksiyalar İran İslam Respublikasının reaksiyasına səbəb olmuş və bunun müqabilində İran da Avropa və Britaniyanın bir sıra şəxslər və qurumlarına sanksiya tətbiq etmişdir.