Britaniyada koronavirus epidemiyası şiddətlənib

QafqazTimes xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə günü Britaniya xəstəxanalarına ordu qüvvələri ezam edib.

“Reuters”in məlumatına görə, nazirlik Britaniyada tibb işçilərinin çatışmazlığı səbəbindən Londondakı “Milli Səhiyyə Xidməti”nə kömək üçün iki yüz hərbçinin ayrıldığını bildirib.

Böyük Britaniyanın Səhiyyə Naziri Sacid Cavid deyib: “Onlar bir daha paytaxtda gecə-gündüz işləyən Milli Səhiyyə Xidmətinin işçilərinə kömək etmək və bu soyuq qış fəslində tibb işçilərinə daha çox ehtiyac duyulan yerlərə kömək etmək üçün irəli atılıblar.”

Digər tərəfdən Britaniya Tibb Assosiasiyasının direktoru qeyd edib: “Hökumət Londona kömək etmək üçün ordunu geri qaytarsa ​​da, unutmayaq ki, əslində biz hazırda milli problemlə üz-üzəyik. Bu, ümummilli bir məsələdir və biz heç vaxt bu səviyyədə kadr çatışmazlığı ilə üzləşməmişik.”

Böyük Britaniyada son bir həftə ərzində koronavirusa yoluxma hallarının sayında kəskin artım müşahidə olunub. Belə ki, son statistikaya görə hər gün 150,000-dən çox insan bu xəstəliyə yoluxur.

Bununla belə, Böyük Britaniyanın Baş naziri Boris Conson, bu ölkədə vaksinasiyanın geniş yayılması səbəbindən yeni məhdudiyyətlər tətbiq etməyə ehtiyac olmadığını təkid edərək, yeni Omicron növünün bu virusunun digər növlərinə nisbətən daha yüngül simptomlara malik olduğuna inanır.

Related posts

Dünyanı kim qarışdırır?

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı