Braziliya səfirini Tel Əvivdən vətənə çağırdı

Braziliya XİN-dən verilən məlumata görə prezident Luis İnasio Lola da Silva İsrailə göndərdiyi səfirini danışıqlar üçün vətənə çağırıb.

Əl Aləm telekanalının məlumatına əsasən, adının çəkilməsini istəməyən Braziliya XİN diplomatı dünən axşam deyib: Prezidentin sözlərindən sonra Braziliya-Tel-Əviv arasındakı diplomatik problem davam etməkdədir.

Reutersin verdiyi xəbərə görə Braziliya prezidentinin Qəzzə müharbəsi barədə çıxışı İsraillə diplomatik münaqişəyə səbəb olub və Da Silvanın Qəzzə müharibəsini 2-ci Dünya Müharibəsinə bənzədərək faşistlərin soyqırımına oxşatması İsraili hədəqədən çıxarıb.

Xatırladaq ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva  fevralın 18-də İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edərək “Qəzza zolağında Fələstin xalqının başına gələnlər dünyada indiyədək heç vaxt baş verməyib, ancaq bunun Hitlerin yəhudiləri məhv etmək qərarına gəldiyi zaman baş verib – demişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib