“Bolt” sürücüləri aksiyaya hazırlaşırlar – Şirkəti boykot edəcəklər?

“Bolt” şirkətində çalışan sürücülər etiraz aksiyası keçirməyə hazırlaşır.

Bu barədə sürücülərdən biri və eyni zamanda aksiyanın təşkilatçısı Nicat Məmmədov sosial şəbəkə məlumat yayıb.

O, bildirib ki, 27 may, axşam saat 5-7 arası bütün Bolt sürücüləri hamı birdən programı bağlayıb Boltu boykot edəcəklər. “Bu 2 saat ərzində kim ki, gündəlik arenda verir, başqa şirkətin programı ilə işləyə bilər, təki Bolt bağlı olsun”.

N.Məmmədov qeyd edib ki, eyni zamanda boykot ərzində hər kəs öz müştəri programından girib mərkəz (Sahil, 28 may, İşərişəhər) ərazilərə “Bolt”dan sifariş verəcək. “Yəni, olduğumuz yeri, məsələn, 28 Mall, Hökümət Evi, Sahil metrosu, Qız Qalası və s. göstərərək, həmin yerlərə taksi çağıracayıq. Sifarişi qəbul edən sürücüyə məlumat verəcəyik ki, saat 5-dən 7-yə kimi hamı programı bağlayıb, sən də bağla. Beləcə boykotdan məlumatı olmayan şəxsləri də boykota dəvət edəcəyik”.

Təşkilatçının verdiyi məlumata görə, bu boykotun 1-ci mərhələsidir. “2 saat aralığında vaxtı ona görə qoymuşuq ki, bütün gücümüzü 2 saat vaxta sərf edib daha çox effektiv olaq. Bu saat aralığı növbəti günlərdə daha da çoxaldılacaq, nə vaxta qədər ki, “Bolt” məcbur qalıb bizim tələbləri yerinə yetirəcək”

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO