Bolqarıstanda etirazlar yollarda xaosa səbəb oldu – FOTO

Elektrik sahəsinin yüzlərlə işçisi və şaxtaçıların artıq bir gündür davam edən etirazları Bolqarıstan yollarında xaosa səbəb olub.

Bu barədə Bolqarıstan Milli Televiziyası məlumat verib.

Bildirilir ki, Stara Zaqora şəhəri yaxınlığında 15 saatdan artıqdır ki, etirazçılar tərəfindən bağlanan Trakya magistralında kilometrlərlə tıxac yaranıb.

Etiraza səbəb hakimiyyətin istilik elektrik stansiyalarını və kömür şaxtalarını bağlamaq, yaxud təkrar profilləmək qərarından narazılıqdır. Həmkarlar ittifaqlarının fikrincə, qərar 100 minə yaxın insanın işdən çıxarılmasına səbəb ola bilər.

Etirazçılar tam gücü ilə işləyən istilik elektrik stansiyalarının istismar müddətinin ən azı 2030-cu ilə qədər uzadılmasını və onların bağlanması planlarının geniş müzakirəsini tələb edirlər. Aksiyaçılar birbaşa etiraz meydanında hökumət rəsmiləri ilə danışıqlar aparmaq istəyirlər.

Nümayişlərin nə qədər davam edəcəyi açıqlanmayıb.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO