BMT: Türkiyədə 14 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir

QafqazTimes xəbər verir ki, çərşənbə axşamı bir Türkiyə mediası BMT-nin hesabatına istinadən milyonlarla türk vətəndaşının qida çatışmazlığından əziyyət çəkdiyinə işarə edib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, 6 iyun tarixinə qədər 82,3 milyon Türkiyə vətəndaşından təxminən 14,8 milyonu qida çatışmazlığından əziyyət çəkəcək. Üç ay əvvəllə müqayisədə Türkiyədə daha 410 min insan qida çatışmazlığından əziyyət çəkir, 60 min insan isə keçən ayla müqayisədə kifayət qədər qida qəbul edə bilməyib.

Məlumatlar göstərir ki, Türkiyədə uşaqların 17%-i “kəskin qidalanma”, digər 6%-i isə “xroniki qidalanmadan” əziyyət çəkir.

Reuters-in son sorğusu həmçinin göstərib ki, Ukrayna münaqişəsi və əmtəə qiymətlərinin artması nəticəsində aprel ayında Türkiyədə 68 %-ə çatan illik inflyasiyanın ilin sonuna qədər bir qədər aşağı düşəcəyi gözlənilir. Bir neçə qrupun mayın 1-də verdiyi açıqlamalarda artan inflyasiya və bunun nəticəsində yaranan iqtisadi çətinliklər qeyd olunub.

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Ergün Atalay bugünkü etiraz aksiyalarında qiymətlərin qalxmasına reaksiya olaraq minimum əmək haqqının aylıq infilyasiyaya uyğun tənzimlənməsini tələb edərək deyib: “Bu il əsas məsələmiz yaşayış minimumu olmalıdır. Hər ayın əvvəlində inflyasiya elan edilir, inflyasiyanın dəyəri hər ayın maaşına əlavə edilməlidir.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib