Amerika saytı: İran raketləri təcavüzkarlara ən pis şəkildə cavab verməyə qadirdir

QafqazTimes xəbər verir ki, ABŞ-ın hərbi analitik saytının məlumatına görə, İran Yaxın Şərqdə ən böyük və ən müxtəlif ballistik raket arsenalına malikdir.

Bu yaxınlarda “19FortyFive” veb-saytında yer alan Yaxın Şərq hərbi məsələləri üzrə analitik Maya Karlinin məqaləsində deyilir: “İran hərbi imkanlarına görə ABŞ, Çin və bir sıra digər ölkələrlə müqayisə oluna bilməz. Bununla belə, İran bu ölkəyə təcavüz etməyə və ya işğal etməyə cəhd edən hər kəsin ən pis şəkildə cəzalandırılacağına əmin olmaq üçün çoxlu sayda raketlər hazırlayıb.

Bu istiqamətdə İran İslam İnqilabı Keşikçiləri Korpusu son paradında yeni qanadlı raket nümayiş etdirdi. Mütəxəssislərin fikrincə, bu silahın bəzi xüsusiyyətləri onun hansısa yolla idarə oluna biləcəyini göstərir. İnqilab Keşikçiləri Korpusu həmçinin özünün yeni “Şahid-136” kamikadze pilotsuz təyyarəsini nümayiş etdirib. Əslində İran Yaxın Şərqdə ən böyük və ən müxtəlif ballistik raket arsenalına malikdir.”

İran son illərdə ballistik raket proqramına böyük sərmayə qoyub. 2015-ci ilə qədər gizlədilən üç yeraltı raket kompleksinin üstü açıldı.

Keçmiş “Centcom” komandiri general Kennet Makkenzinin sözlərinə görə, İranın 3000-dən çox ballistik raketi var. Bu arsenala dəqiq, qısa və orta mənzilli bərk yanacaqla işləyən raketlər daxildir. Makkenzi həmçinin deyib: Onların nüvə silahı yoxdur, lakin mən İranın ballistik raket proqramının əhəmiyyətli dərəcədə artması və effektivliyindən narahatam.”

Related posts

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

İsraillə dostluq baha başa gəlir