BMT: Səudiyyə koalisiyasının hücumları 18 min yəmənli vətəndaşın həyatına son qoyub

Qafqaztimes xəbər verir ki, BMT-yə bağlı bir komitənin hesabatına görə, 2015 -ci ildə Səudiyyə koalisiyasının Yəmənə təcavüzündən bu yana ən azı 18 min yəmənli mülki şəxs hava zərbələri nəticəsində ölmüş və ya yaralanmışdır.

Russia Today -in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən təyin edilən mütəxəssislər, İnsan Haqları Şurasına verdiyi hesabatda, yəmənlilərə qarşı gündə təxminən on hücum olmaqla 2015 -ci ilin mart ayından bu yana 23 mindən çox hava hücumu həyata keçirildiyini bildirmişlər.

Hesabatda Yəməndə bütün hava hücumlarının Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən həyata keçirildiyi vurğulanır.

Səudiyyə koalisiyası, 2015 -ci ilin mart ayından etibarən devrilmiş Mənsur Hadi hökumətinin legitimliyini bərpa etmək bəhanəsiylə Yəmənə hücum edərək onu quru, hava və dəniz mühasirəsinə almışdır. Lakin bu təcavüz və sanksiyalar Yəmən üçün aclıqdan və qətldən başqa bir nəticə verməmişdir.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib