QafqazTimes xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yəməndəki xüsusi nümayəndəsi Hans Qrundberq bu ölkədə atəşkəslə bağlı Səna rəsmisi ilə danışıqlar apardığını açıqlayıb.
“Əl-Cəzirə” Qrundberqə istinadən yazıb ki, o, Yəmən Milli Qurtuluş Hökumətinin rəhbəri ilə Yəməndə atəşkəsin uzadılması və Yəməndəki münaqişənin siyasi həllinə nail olmaq üçün irəliləyişin davam etdirilməsi yolları haqqında danışıb.
Yəməndə iki aylıq atəşkəs BMT-nin bu ölkədəki xüsusi nümayəndəsinin vasitəçiliyi ilə iki dəfə oktyabrın 2-nə qədər uzadıldıqdan sonra sona çatdı və Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bir tvitində BƏƏ və Səudiyyə Ərəbistanındakı bütün neft şirkətlərinə bu ölkələri sürətlə tərk etmələri barədə xəbərdarlıq etdi.
O, həmçinin bildirib ki, ABŞ-Səudiyyə təcavüzkar ölkələri Yəmən xalqına öz neft sərvətlərindən Yəmən dövlət işçilərinin maaşlarını ödəmək üçün istifadə etmək hüququ verən atəşkəsə əməl etməyənə qədər bu xəbərdarlıq qüvvədə qalacaq.