BMT-nin baş katibi canlı yayımda: “Çağırışımı dəyişirəm. Putin…” (Video izlə)

Rusiya prezidenti Vladimir Putin bu gün səhər Ukraynanın şərqində Donbassda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb. 

Dünya liderləri isə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bir-birinin ardınca reaksiya veriblər. 

Bəzi  dövlətlərin nümayəndələri öz növbəsində Rusiyanı pisləyən bəyanatlar verərkən, ən çox diqqət çəkən sözlər BMT-nin baş katibindən gəlib.

Belə ki, BMT-nin baş katibi Antonio Quterreş təcili olaraq Təhlükəsizlik Şurasının iclasına qatıldığını bildirib. Antonio Quterreş canlı yayımda “Bizim görüşümüz zamanı Putin əməliyyat əmrini verdi. O, Ukrayna ordusunu qoşunlarını geri çəkməyə çağırdı. Sülhə şans verin. Mən çağırışımı dəyişirəm. Prezident Putin, insanlıq naminə əsgərlərinizi geri çəkin. İnsanlıq naminə…Avropada əsrin ən böyük müharibəsini başlatma. Bu, hər ikisi üçün faciəvi olar”, – deyə o,  ifadə  edib.

Related posts

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb

ABŞ-ın əsil siması

Messi və yoldaşlarının maaşları bəlli olub –