BMT “narkotiklərə azadlıq” hərəkatına qoşulur!

Qafqaztimes.com News.un.org-a istinadən xəbər verir: Dünya insan əxlaqı və sağlamlığına zərərli yol və maddələri tədricən leqallaşdırır. Bir zaman hemoseksuallıq, fahişəlik, marixuana cinayət sayılırdısa, müasir dünyaya hakim siyasi sitemlər bütün bunları leqalaşdırır.

Narkotik maddələr üzrə BMT komissiyası hələ bir il qabaq kannabisi – marixuananı narkotiklər siyahısından çıxarmaq qərarına gəldi. Bunu BMT-yə ÜST təklif etmişdi. Artıq 1961-ci il 4-cü Vahid konvensiya siyahısında kannabis yer almır. BMT-nin məlumatına əsasən 15-16 yaşda Avropada yeniyetmələrin 14 faizi kannabisdən istifadə edir.

Sintetik narkotiklər üzərində qadağalar qalsa da, narkobiznes laboratoriyası çox sürətlə yeni növ narkotiklər istehsal edir. Belə dekorativ narkotiklərin qanunla qadağan edilməsi vaxt aparır.

Ümumiyyətlə, dünyada mövcud siyasi sistemlər ayıq, haqqını tələb edən, qiyamçı cəmiyyət istəmir. Belə bir cəmiyyətdən qurtulmağın ən qısa yolu narkotika, həm də spirtli içkilərdir. Məst cəmiyyət təbii ki istənilən vəziyyətdə hakimiyyət üçün problem yaratmır.

Beləcə, Hollandiyada artıq kannabis tam azaddır. Kafelər müştəriyə kannabis təklif edir. ABŞ-da da eyni proses gedir. Kolorado və digər ştatlarda məhdud miqdarda marixuana satışına icazə verilir.

Related posts

Qətər nümayəndə heyəti Qəzzədə atəşkəs razılaşmasının davamı üçün Qahirəyə gedib

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

Bayden: Universitet antisemitizm məkanı deyil