BMT: İsrail bu il ən azı 421 fələstinlinin evini dağıdıb

Qafqaztimes xəbər verir ki, işğal olunmuş Fələstin bölgələrində İsrail rejiminin davam edən məskunlaşdırma siyasətinə dair beynəlxalq tənqidlərdən sonra, Birləşmiş Millətlər Təşkilatı bu ilin ilk altı ayında dağıdılan fələstinli evlərin sayı barədə bir hesabat yayımladı.

Birləşmiş Millətlər Təşkilatının İnsani İşlər Koordinasiya Ofisi (UNOCHA) son hesabatında, İsrail rəsmilərinin bu ilin əvvəlindən (2021) bəri ən azı 421 fələstinli evi dağıtdığını söyləyib.

Sionist rejimin bu cinayəti nəticəsində BMT-yə bağlı bir təşkilatın məlumatına görə, bu il 320-si uşaq olmaqla 592 fələstinli evlərindən didərgin düşüb.

Bundan əlavə sionist işğalçılar, keçən həftə çərşənbə axşamı Şəfat düşərgəsi ilə Qüdsün şimal-şərqindəki Anata qəsəbəsi arasında yerləşən Əl-Salam məhəlləsində inşa edilən bir məktəbi də dağıtmışlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur