Livan mediaları BMT elçisinin sionist rejimin Kəfər Şuba və Əl Qəcər zonasından geri çəkilməsi ilə əlaqədar Hizbullahın baş katibi ilə görüşə tələsdiyindən xəbər verirlər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Livan mediası bu gün (8 iyul) bir BMT rəsmisinin ölkənin cənub sərhədlərindəki mövcud vəziyyətlə əlaqədar Seyid Həsən Nəsrullahla görüşəcəyindən xəbər verir.
Məlumata görə BMT-nin bu amerikalı nümayəndəsi təşkilatın Livanla əlaqədar planları barədə izahat vermək üçün bu ölkəyə gələcək.
Diplomatik məlumatlara görə görüş BMT-nin İsrailə Livanın cənub sərhədlərində olan Kəfər Şuba yüksəklikləri, Əl Qəcər məntəqəsi kimi ərazilərdən geri çəkilmə əmri ilə əlaqəlidir.
Əl Qəcər kəndi Livanın işğal olunmuş Cövlan yüksəkliklərində yerləşir.
Sionist rejim 1967-ci ildə bu kəndi işğal etdikdən sonra məntəqədə bir çox siyasi- hərbi dəyişikliklərə səbəb olub. Amma 2010-cu il 17 noyabrda sionistlər Əl Qəcər kəndinin şimal bölgələrini tərk etmək məcburiyyətində qaldılar.