Birləşmiş Millətlər Təşkilatı fələstinlilərin Şərqi Qüdsdən çıxarılmasını hərbi cinayət adlandırdı

Qafqaztimes xəbər verir ki, AFP-nin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Robert Kolfill, sionist rejimini fələstinlilərin Şərqi Qüdsdən təxliyyəsini dərhal dayandırmağa çağırıb və bu hərəkətlərin hərbi cinayət sayıla biləcəyini söyləyib.

O, deyib: “Şeyx Cərrah məhəlləsinin təxliyyə əmrinin veriləcəyi və həyata keçiriləcəyi təqdirdə bu, İsrailin beynəlxalq hüquqlara dair öhdəliklərinin pozulması deməkdir.”

Kolfill belə əlavə edib: “Son bir neçə gündə Şeyx Cərrahdakı narahatedici səhnələri nəzərə alaraq, Şərqi Qüdsün hələ də Fələstin bölgəsinin bir hissəsi olduğunu və beynəlxalq hüququn buna tətbiq olunduğunu vurğulamaq istəyirik.”

Son zamanlarda sionist mühacirlərin hücumlarına məruz qalan Şərqi Qüdsün Şeyx Cərrah bölgəsi, Fələstinlilərin illər öncə İordaniya hökumətindən aldığı torpaqlardan ibarətdir.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq