Biri “avtoş”luq etdi, o biri videoya çəkdi – Qəzadan son anda xilas oldular (Video izlə)

Paytaxtın intensiv nəqliyyat axını olan prospektində avtoxuliqanlıq edən sürücünün görüntüləri sosial şəbəkədə yayılıb.

Heydər Əliyev prospektində “Khazar” markalı, 99-PR-460 dövlət nömrə nişanlı avtomobil digər avtomobillərin arasıyla yüksək sürətlə şütüyərək qəza şəraiti yaradıb. Sürətlə hərəkət edən avtomobilin arxasınca düşən digər maşının sürücüsü də qaydaları kobud şəkildə pozub. Hər iki sürücü qəzadan son anda xilas ola bilib. Belə ki, “Khazar”-in sürücüsü çox sıx məsafədən ötmə edərək “Skoda” markalı 90-UM-431 nömrəli avtomobili keçə bilib. Hadisəni lentə alan avtomobilin sürücüsü isə xoşbəxtlikdən vaxtında sürəti azaldıb.

Görüntüləri təqdim edirik:

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO