Binanın altında insan qalıqları tapıldı – FOTO

Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki musiqi studiyasında insan qalıqları tapılıb.

Qalıqlar təmir zamanı döşəmənin açılması zamanı aşkarlanıb.

Məlumata görə, insana aid kəllə və sümüklər hazırda bərpa işləri aparılan binanın altında təxminən 1,5 metr dərinlikdə basdırılıb. Təmirdən əvvəl burada musiqi studiyası olub.

Şoka düşən işçilər kəllə sümüyü, qabırğa və daha iki növ sümük parçaları qazıb çıxarıblar.

Hazırda ekspertlər qalıqların kimə məxsus olduğunu və nə qədər vaxt əvvəl basdırıldığını araşdırırlar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi