Bin Salman məşhur işgəncəçini Səudiyyə Ərəbistanına qaytarmağa çalışır

QafqazTimes xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın ən tanınmış və etibarlı müşavirlərindən biri, Səudiyyə rejiminin ən amansız siması olan Səud əl-Qahtanini geri qaytarmaq üçün səyləri davam edir.

“Əl-Xəlic Əl-Cədid” saytına görə, Səud Əl-Qahtani Səudiyyə Ərəbistanında Ali-Səudun bir çox əleyhdarlarını və tənqidçilərini təcavüzlərə məruz qoyub. O, həmçinin tənqidçi jurnalist Camal Qaşıqçınin öldürülməsinə, bir çox siyasi fəallara və məhbuslara verilən işgəncələrə görə də məsuliyyət daşıyır. Beynəlxalq təşkilatların məlumatına görə, Səud əl-Qahtani Ali-Səud həbsxanalarında qadın fəallara qarşı cinsi təcavüzə görə də məsuliyyət daşıyır.

Məhəmməd Bin Salman Səud əl-Qəhtanini geri qaytarmaq üçün çox çalışır. Çünki Bin Salman onun yoxluğuna görə bir çox problemlər yaşayıb. ABŞ və Qərbin Camal Qaşıqçınin öldürülməsində məsuliyyət daşıyanlara qarşı sanksiyaları da Səudiyyə vəliəhdinin onu geri qaytarmağa çalışmasının səbəblərindən biri ola bilər.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq