Bill Qeyts pandemiyanın bitəcəyi vaxtdan danışıb

Koronavirusdan ölüm və ümumi infeksiya nisbətləri, yeni, daha təhlükəli variantların mövcud olmaması şərti ilə gələn ilin ortalarına qədər mövsümi qrip üçün orta səviyyəyə çata bilər.
Bu fikri Microsoft korporasiyasının təsisçisi Bill Qeyts Sinqapurda iş adamı Maykl Blumberqin təşkil etdiyi hibrid formatda keçirilən “Yeni İqtisadi Forum”da deyib.

Onun sözlərinə görə, təbii immunitetin inkişafı, peyvəndləmə, yeni dərman vasitələrinin yaranması fonunda “ölüm və xəstələnmə səviyyəsi kəskin şəkildə aşağı düşməlidir”.

Milyarder “gələn ilin ortalarına qədər yeni ştamların olmadığı təqdirdə bu rəqəmlərin qrip üçün mövsümi məlumatlara çata biləcəyini” proqnozlaşdırır. Eyni zamanda, Bill Qeyts “dünya ictimaiyyətini yeni pandemiya təhlükəsini azaltmaq, qripin kökünü kəsmək üçün fəal işləməyə” çağırıb.

Bundan əlavə, Microsoft qurucusu “gələn il koronavirus vaksinlərinin tədarükü məsələsini həll etməyi” səbirsizliklə gözləyir.

Bill Qeyts və həyat yoldaşı Melinda təxminən 50 milyard dollara sahib olan xeyriyyə fonduna rəhbərlik edir. Təşkilatın əsas fəaliyyət istiqamətlərinə inkişaf etməkdə olan ölkələrdə təhlükəli xəstəliklərlə mübarizə, ABŞ-da səhiyyə və təhsil proqramları daxildir. Fond vasitəsilə artıq yüz milyonlarla dollar koronavirusa qarşı peyvəndin hazırlanması və pandemiyaya ən həssas olan yoxsulların dəstəklənməsi üçün ayrılıb

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

2 şərhlər

Delmas Fevral 18, 2024 - 5:36 səhər

Do you mind if I quote a few of your articles
as long as I provide credit and sources back to
your site? My blog is in the exact same niche as yours and
my visitors would genuinely benefit from a lot of the information you present here.
Please let me know if this ok with you. Thanks a lot!

Cavin Fevral 18, 2024 - 5:56 səhər

Good day! I know this is kinda off topic but I was wondering
which blog platform are you using for this website?
I’m getting sick and tired of WordPress because I’ve
had problems with hackers and I’m looking at alternatives for another platform.
I would be fantastic if you could point me in the direction of a good platform.

Add Comment