Biləsuvarda partlayış: Dağıntılar altından meyit çıxarıldı – YENİLƏNİB + FOTO/VİDEO

Biləsuvarda partlayış nəticəsində dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.

Günay Əliyevanın meyiti xilasedicilər tərəfindən çıxarılıb.

Qeyd edək ki, bundan öncə onun iki övladı yaralı halda xilas olunmuşdu.

00:18

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində yaranmış dağıntı ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, hazırda əməliyyat xüsusi texnikanın tətbiqi ilə həyata keçirilir. 

Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir. 

22:53

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (1-i qadın cinsi – 2009-cu il təvəllüdlü, 1-i kişi cinsi olmaqla – 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.

Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.

22:20

Biləsuvarda partlayış baş verən binadan sakinlər təxliyə olunub.

37 ailə Olimpiya kompleksinə yerləşdirilib.

22:07

Biləsuvarda baş verən partlayış hadisənin təfərrüatı məlum olub.

Hadisə Nazilə Məmmədovaya məxsus şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli, bina 6, mənzil 15 ünvanında qeydə alınıb.

Belə ki, partlayış orda kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-ci il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.

Hadisədən sonra mənzil tamamilə dağılıb. 

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.

Hazırda ananın axtarışları davam etdirilir.

21:16

Biləsuvarda yaşayış binasında baş verən partlayışın səbəbi açıqlanıb.

Bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir. 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

21:07

Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub. 

Həmin şəxslər G.Əliyeva və onun oğlu Y.Əliyevdir.

Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

20:53

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

FHN-dən bildirilib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, daha öncə həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

20:41

Biləsuvarda hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

20:28

Biləsuvarda partlayış baş verən binada xilasetmə işləri aparılır. 

Hadisə şəhərin H.Əliyev prospektində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.

Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.

19:44

Biləsuvarda yaşayış binasında partlayış olub.

Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO

1 şərh

baccaratcommunity Aprel 28, 2023 - 11:26 səhər

First of all, thank you for your post. baccaratcommunity Your posts are neatly organized with the information I want, so there are plenty of resources to reference. I bookmark this site and will find your posts frequently in the future. Thanks again ^^

Add Comment