Beytlahimdə bir fələstinli qadın sionistlər tərəfindən şəhid edildi

Qafqaztimes xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bazar günü axşam bir fələstinli qadının şəhid olduğunu xəbər verib.

Bu nazirlik etdiyi açıqlamada, fələstinli bir qadının Qərb Şəriyənin cənubunda yerləşən Beytlahimin cənubunda sionist silahlılar tərəfindən vurularaq şəhid olunduğunu bildirib.

Səfa xəbər agentliyi yerli mənbələrə istinadən, bu qadının 60 yaşlı Rəhab Məhəmməd Musa Zəul olduğunu və onun Beytlahimin qərbindəki Nahalin qəsəbəsində yaşadığını xəbər vermişdir. Bu mənbələrə görə, sionistlər bu qadının bıçaqla bir sui-qəsd əməliyyatı həyata keçirmək istədiyini və buna görə ona atəş açıldığını iddia etmişlər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur