BƏƏ- nin Yəməndəki cinayətləri faş olundu

Qafqaztimes xəbər verir ki, Əbu-Dabi silahlılarının Yəməndəki gizli həbsxanalarındakı cinayətləri ifşa olunub. BƏƏ-nin həbsxanalarından azadlığa çıxan Yəmənli məhbus Salim-Zubeyri bu həbsxanalardakı məhbusların vəziyyəti və onlara işgəncə verilməsi barədə yeni məlumatları ortaya qoyub.

O, bu barədə belə deyib: “Çətin günlər idi və bu müddətdə müxtəlif növ işgəncələrə məruz qaldım, o cümlədən elektrik şoku, çubuqlarla və elektrik naqilləri ilə döyülmələr və s.”

Zubeyri belə əlavə edib: “Onlar məhbusları soyundurmaq, əllərini və ayaqlarını bir neçə saat bağlamaq və asmaq, ağır döyülmələr, süni boğulma, yuxudan, sudan məhrum etmək də daxil olmaqla müxtəlif zehni işgəncə metodlarından istifadə edirlər. “

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…