Beyrut Alimlər Şurası: Təcavüzkarların bu hücumu insanlığın süqutudur

QafqazTimes xəbər verir ki, Beyrut Alimlər Şurası bəyanat verərək, Səudiyyə-BƏƏ koalisiyasının Yəmən vətəndaşlarına qarşı törətdiyi iyrənc cinayətləri pisləyib və bəyan edib ki, bu cinayətlər təcavüzkar koalisiyasının meydanda ardıcıl uğursuzluqlarını və bütün insani dəyərləri əldən vermələrini ifadə etməkdən başqa bir şey deyildir.

Bəyanatda deyilir: “Dünyanın Yəmənin özünü müdafiə etməsini pisləməsi, eyni Səudiyyə koalisiyasının cinayətləri qarşısında susmasl təəccüb doğurur. Bu, dünyanın ikiüzlülüyünü nümayiş etdirir və bundan sonra insani dəyərlərdən danışmağa haqqı yoxdur. Bu dünya bəşəriyyətlə heç bir əlaqəsi olmayan yırtıcı bir canavara çevrilib.”

Beyrut Alimlər Şurası dünyanın bütün azad insanlarını bütün vasitələrlə Yəmən xalqına dəstək olmağa çağırıb və əlavə edib ki, qeyrətli Yəmən milləti öz varlığı və ləyaqətini şücaətlə müdafiə edib və bu şücaət əvəzsizdir.

Bəyanatda həmçinin belə qeyd olunur: “Yeddi il keçdi və hələ də Səudiyyə-Amerika koalisiyası Yəmən xalqına qarşı ən iyrənc cinayətlər və qətllər törətməkdə davam edir, lakin məzlum Yəmən xalqı imkanlarının olmamasına baxmayaraq hələ də mübarizə aparır və meydanda ən heyrətamiz qəhrəmanlıq səhnələrini nümayiş etdirir.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya