Beynəlxalq Əfv Təşkilatı: İsrail fələstinlilərin vaksinasiyasının qarşısını alır

Qafqaztimes xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı cümə günü bir hesabatında sionist rejimin beynəlxalq hüquqa zidd olaraq fələstinlilərə koronavirus peyvəndi vermədiyini bildirib.

“Russia Today”-in verdiyi məlumata görə, bu dünya təşkilatının hesabatında, İordan çayının qərb sahili və Qəzza zolağının beş milyon sakininin koronavirus peyvəndini almaqdan məhrum olduqları və Sionist rejimin bu davranışlarının beynəlxalq qanunların ziddinə olaraq işğalçı rejimlərin rəftarları ilə uyğun olduğu qeyd olunub.

Bu beynəlxalq quruma görə, fələstinlilərin peyvənd edilməməsi, İsrail rəsmiləri tərəfindən onlara qarşı sistematik ayrıseçkiliyin açıq aydın bir göstəricisidir.

Sionist Müdafiə Nazirliyi ötən yanvar ayında tibbi personalın peyvənd edilməsi üçün Fələstin Muxtariyyətinə 5000 doza koronavirus peyvəndi göndərməyə razı olduqlarını iddia etmişdi, lakin Fələstin muxtariyyətinin Səhiyyə Nazirliyi bunu təkzib edərək Fələstində heç bir təşkilatın İsraildən hər hansı bir peyvənd almadığını söyləyib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya