Bennet Netanyahunu “dəli” adlandırıb.

QafqazTimes xəbər verir ki, “Times of Israel” qəzetinin yazdığına görə, Knessetin (İsrail parlamenti) işğal olunmuş ərazilərdə koronovirus və məişət xərcləri ilə bağlı xüsusi iclasında İsrail müxalifətinin lideri Benyamin Netanyahu, baş nazir Naftali Bennetin xəstələnmə və ölüm hallarının kəskin artmasına səbəb olan omikron növü ilə mübarizə üçün əlavə tədbirlər görmədiyinə görə onu tənqid edib.

Müxalifət nümayəndələri onu Knessetin iclasında iştirak etməyə məcbur etmək üçün kifayət qədər imza topladıqdan sonra Bennet də bu iclasa qatılıb.

Bu iclasda diqqəti cəlb edən xüsusi məqam bu olub ki, Bennet Netanyahu çıxış edərkən əlini maskasına qoyaraq alçaldıcı bir jest edib, sonra barmağını başının ətrafında dairəvi şəkildə hərəkət etdirərək onun ağılsız olduğuna işarə edib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya