Belçikada qaçqınlar küçələrdə yatırlar – FOTO

Belçikada beynəlxalq müdafiə üçün müraciət edənlər küçələrdə yatırlar. Buna səbəb qaçqınların qəbulu mərkəzlərinin dolu olmasıdır. 

Sığınacaq üçün müraciət etmək istəyənlər səhər saatlarından Brüsseldə Belçika Federal Sığınacaq Axtaranları Qəbul Təşkilatının (Fedasil) “Petit Chateau” (Kiçik Qala) adlı mərkəzinin qarşısında növbəyə düzülür. Lakin mərkəzdə izdiham olduğundan bu insanların əksəriyyəti çölə çıxarılır. Beləliklə, günün sonunda küçələrdə gecələmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, Belçikada bir ildən artıqdır davam edən böhran son həftələrdə baxıcısı olmayan 21 qaçqın uşağın küçələrə atılması ilə yenidən şiddətlənib.

Rəsmilər əlavə sığınacaqların tikiləcəyi xəbərini versə də, vəziyyət dəyişməyib.

Qeyri-hökumət təşkilatları imkan daxilində bu insanlara yemək, geyim və tibbi yardım göstərirlər.

Related posts

Türkiyəli bərbər müştərilərinə havada xidmət göstərdi – VİDEO

Vulkanın kraterinə ildırım düşdü: Heyrətamiz görüntülər – ANBAAN VİDEO

Ağ Ev ərazisində insidet: Ölən var – FOTO/VİDEO