Belarus prezidenti İran İslam İnqilabının qələbəsini təbrik edib

QafqazTimes xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü İran İslam İnqilabının qələbəsinin 43-cü ildönümünü münasibətilə təbrik məktubu yollayıb.

“Belta” xəbər saytının məlumatına görə, Lukaşenko İran prezidenti Seyid İbrahim Rəisiyə göndərdiyi məktubunda yazıb: “Müstəqilliyin təmin olunmasında Tehranın qətiyyətli mövqeyi, xalqın tarixi seçimini qorumaq əzmi və sosial ədalətə sadiqliyi bu ölkəyə çətinliklərin öhdəsindən gəlməyə kömək edib.”

Belarus Prezidenti həmçinin Minsk ilə Tehran arasında dostluq və etimada əsaslanan möhkəm əlaqələrin hazırkı dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hələ də yüksək potensialın olduğunu vurğulayıb.

O, həmçinin qeyd edib: “2021-ci ilin sentyabrında Düşənbədə (Tacikistan) ŞƏT-in Zirvə Toplantısı çərçivəsində mühüm beynəlxalq məsələləri müzakirə etdiyimiz görüşümüzü gözəl təəssüratlarla xatırlayıram.”

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur