BBC yeddi il əvvəl yazdığı tvitinə görə bir fələstinli jurnalisti işdən qovub

Qafqaztimes xəbər verir ki, İngiltərənin BBC telekanalı Fələstin işləri üzrə mütəxəssis olaraq çalışan fələstinli jurnalist Tala Halavəni işdən çıxarıb.

Ərəb 21 veb saytına görə, bunun səbəbi, Həlavənin yeddi il (BBC-yə daxil olmasından üç il əvvəl) əvvəl Fələstinə dəstək tviti yazması olub. Bu qərar BBC-nin jurnalistin sosial mediadakı fəaliyyəti ilə bağlı araşdırma başlatmasından iki ay sonra verildi. “Honest Reporting” İnstitutu Tala Həllavənin tvitini “Hitler haqlıydı” həştəqi ilə yenidən yayımlayıb.

Honest Reporting, sosial mediada anti-sionist məzmunlu materialları izləyən bir qeyri-hökumət təşkilatıdır. İnstitut Həlavəni antisemitizm adlandırıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır