Bayden və Makron İran barədə danışacaqlar

QafqazTimes xəbər verir ki, Ağ Evin sözçüsü bazar ertəsi elan edib ki, Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Co Bayden Fransa prezidentinin Vaşinqtona səfəri zamanı Ukrayna, Çin, İran və Afrika sahil regionu barədə müzakirələr aparmaq niyyətindədirlər.

Rusiyanın “Sputnik” xəbər agentliyinin məlumatına görə, Ağ Evin sözçülərindən biri ABŞ və Fransa prezidentlərinin dekabrın 1-də Vaşinqtonda bir sıra məsələləri müzakirə etməyi planlaşdırdıqlarını açıqlayıb və bunu Bayden və Makron üçün ən mühüm beynəlxalq məsələlərdə öz addımlarını əlaqələndirmək üçün bir fürsət kimi xarakterizə edib.

O, Ukraynanın, yəqin ki, Fransa və Amerika prezidentləri arasında əsas müzakirə mövzularından biri olacağını, Çin, İran, Qərbi Asiya regionu, Fransa ilə Amerika arasında iqtisadi və enerji əməkdaşlığının Makron və Bayden arasında digər müzakirə mövzuları olacağını qeyd edib.

Qeyd edək ki, Makron noyabrın 29-dan dekabrın 3-dək beş günlük səfər üçün Vaşinqtonda olacaq. Son həftələrdə Qərb ölkələri, xüsusən də ABŞ və Fransa İranda iğtişaşlar başlayandan bəri yeni sanksiyalar, media anti-təbliğatları, sərt və qeyri-mütənasib mövqelər tətbiq etməklə, süni tənəffüs yolu ilə İrandakı xaosu yaşatmağa çalışıblar.

Oktyabrın ortalarında Fransa hökumətinin Avropa İttifaqı üzvlərinin köməyi ilə iğtişaşçılara dəstək olaraq İrana qarşı sanksiyalar tətbiq etməyə çalışdığı xəbəri yayılmışdı.

Fransanın xarici işlər naziri Ketrin Kolonna iğtişaşçılara dəstək olaraq bildirib ki, Avropa İttifaqı bəzi İran rəsmilərinin aktivlərini dondurmaq və səfərlərini qadağan etmək istəyir. Eləcə də son anti-İran səyləri istiqamətində Fransa parlamenti İran əleyhinə qətnamə qəbul edib.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı