Bayden Netanyahu ilə telefonda Qəzzə müharibəsindən danışdı

ABŞ prezidenti Co Bayden İsrail baş naziri ilə Qəzzə müharibəsinin davamı barədə müzakirələr edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ağ Ev dünən (18 mart) elan edib ki, Co Bayden və Benyamin Netanyahu Qəzzə və Rəfəhdəki son durum və humanitar yardımların fələstinlilərə çatdırılması məsələsi barədə telefon söhbəti aparıb.

Onların bu telefon söhbəti elə bir halda baş tutub ki, ötən həftə Amerika tarixində ən yüksək rütbəli yəhudi məmuru Sena əksəriyyətinin lideri Çak Şumer işğal olunmuş torpaqlarda fövqəladə seçki keçirilməsini tələb edib və bu məsələ sionist rejim rəsmilərinin etirazı ilə qarşılanıb.

Şumer ABŞ milli məclisi foyesində deyib ki, Netanhayu Yaxın Şərqdə sülhə mane olan yeganə amildir. O yolunu azıb və öz siyasi mənafeyini xilas etmək üçün İsraili təhlükəyə salır.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir