Bayden: Netanyahu ilə razı deyiləm

ABŞ prezidenti sionist rejiminə tənqidli müsahibəsində Qəzzədə atəşkəs olmasını və Fələstinin mülki şəxslərinə daha artıq ziyan dəyməməsini istədiyini vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden bu gün (10 aprel) Univision telekanalı ilə müsahibəsində İsrail baş naziri Benyamin Netanyahunun Qəzzə müharibəsində seçdiyi siyasətləri ilə razı olmadığını, dərhal atəşkəs rejiminin bərpası və fələstinli didərginlərə humanitar yardımların çatdırılmasını istədiyini iddia edib.

Netanyahunun müharbə idarəetməsi barədə verilən sualın cavabında isə “Məncə onun bu siyasəti çox səhv bir işdir və mən bununla razı deyiləm” – Co Bayden deyib. O, həmçinin vurğulayıb: İsraillilərdən Qəzzəyə qida məhsulları və tibbi preparatların fələstinlilərə çatdırılmasında maneəçilik yaratmamalarını istəyirəm.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı