Bayden əvvəl dünyanı təhdid etdi, sonra yolunu azdı (Video izlə)

Bizdə defolt olsa, bütün dünyanın başı dərdə girəcək”.

Bu sözləri ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda qatıldığı bir proqramda çıxışında deyib.

Bayden bütün dünyanı təhdid edib və defolt olacağı, öhdəliklərini yerinə yetirə bilməyəcəkləri təqdirdə dünyanın da problemlərlə üzləşəcəyini qeyd edib.

Amerika lideri bu çıxışından sonra səhnəni tərk etmək istəyib, lakin yolunu azıb və hansı istiqamətə gedəcəyini bilməyib. Baydenə köməkçilərdən biri doğru çıxışı göstərib.

Bu videogörüntülər “PBS NewsHour” “YouTube” kanalı tərəfindən yayımlanıb. Videoda Ağ Ev sahibinin tamaşaçılarla necə vidalaşdığı, arxaya döndüyü, lakin çıxış yolu tapa bilmədiyi əks olunub.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO