Batareyanı uddu: içində partladı  – FOTO

İki yaşlı övladının nəfəs ala bilmədiyini görən ailə eşitdikləri qarşısında təəccüblənərək xəstəxanaya qaçıb.

Müayinələrdən sonra kiçik uşağın batareyanı udduğu və batareyanın uşağın daxilində partladığı məlum olub.

Daxili orqanları zədələnən balaca Dilanın müalicəsi davam edir. Meksikada yaşayan iki yaşlı Dilan Alexandro ailəsi tərəfindən xəstəxanaya çatdırılıb. Balaca Dilanı xəstəxanaya aparan ailə, Sonaro əyalətinin Cananea şəhərində baş verən hadisədən şoka düşüb.

Xəstəxanada aparılan araşdırmalar nəticəsində məlum olub ki, kiçik oğlan batareyanı udub və onun içərisində partlayıb. Yerli xəstəxanaya çatdırılan bədbəxt oğlanın xəsarətləri ağır olduğundan başqa xəstəxanaya köçürülüb

Balaca Dilan boğazında ilişib orada partlayan batareyaya görə indi həyatı üçün mübarizə aparır.

Ailə Dilanın batareyanı udduğunu görmədiklərini, ancaq nəfəs almaqda çətinlik çəkdiyini fərq etdiklərini bildirərkən, səkkiz uşaq anası Nayeli Guadalupe Coronado Nino yerli mətbuata oğlu Dilanın içindəki batareyanın partladığını və nəticədə yemək borusunda şiddətli yanma və ağciyərlərindən birində infeksiya. Paramediklər oktyabrın 23-də bildiriblər ki, Dilanın qanı artıq oksigeni emal etmir və Dilan reanimasiyaya aparılıb. Həkimlər kiçik oğlanın əməliyyat oluna bilməsi üçün onun orqanizmindəki oksigen səviyyəsini sabitləşdirməyə çalışırlar.

Dilanın ailəsi isə tibbi sığortası olmadığı üçün müalicə xərclərini qarşılamaq üçün onlayn platformalar vasitəsilə maliyyə yardımı gözlədiklərini açıqlayıb.

Related posts

Afinada 2-ci dünya müharibəsindən qalmış yüzlərlə bomba tapıldı – FOTO

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçdu – VİDEO

14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı