Başı telefona qarışan qadının üstünə şlaqbaum düşdü – ANBAAN (Video izlə)

Paytaxtın Feyzulla Qasımzadə küçəsində baş vermiş hadisə kameraya düşüb.

Avtomobilin binanın həyətinə daxil olması üçün şlaqbaum açılır. Ehtimal olunur ki, sürücü şlaqbaumu pultla açır. Bu zaman başı telefona qarışan və sağa-sola baxmayan xanım piyada düz şlaqbauma tərəf gəlir. Müəyyən zaman keçdiyi üçün şlaqbaum avtomatik olaraq bağlanır və xanımın başına dəyir. 

Qeyd edək ki, piyadaların bu cür diqqətsiz olması qəzaların əsas səbəblərindən biridir. Bəzən piyada keçidində, yolun hərəkət hissəsində başı telefona qarışan şəxsləri avtomobil vurur.

Videonu təqdim edirik:

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO