Bakının ortasında karton yol: DƏHŞƏTƏ GƏLƏCƏKSİZ – FOTO

Gördüyünüz bu mənzərə ucqar dağ kəndlərindən birində yox, Bakıda lentə alınıb. Zəfər prospektində kartondan, qırıq qapılardan, taxta parçalarından düzəldilmiş yol var. Bu, 2 mindən çox şagirdin təhsil aldığı 59 saylı məktəbə və prospektə aparan yoldur.

Mirzə Davud küçəsindən prospektə çıxmaq üçün bu yol lap cığır kimidir. Hər gün təxminən 4-5 min insan bu bərbad yoldan istifadə edir. Pilləkənlər də yararsız formadadır. 
Bu gün məktəbə uşaq aparan Qənirə Baxışova adlı valideyn pilləkənlərin dəmir kənarlarına ilişib yıxılıb, dizi ciddi zədələnib. 

Dəfələrlə şikayət edilsə də nə Xətai rayon İcra Hakimiyyəti, nə yerli bələdiyyə bu problemi həll etməyib. Bərbad yolların fotolarını təqdim edirik:

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO