Bakının tam mərkəzində, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin tinində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılıb.
Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirildi ki, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin kəsişməsində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılması faktı aşkarlanıb. Müraciətdən dərhal sonra işlər RİH-in əməkdaşları tərəfindən dayandırılıb və konstruksiyanın sökülməsi təmin olunub.
Video və şəkilləri təqdim edirik: