Azərbaycanda avtomobil marketə girdi – ANBAAN VİDEO

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, idarəetmədən çıxan minik avtomobili marketə çırpılıb.

Bu barədə görüntülər obyektin müşahidə kameralarına əks olunub.

Belə ki, hadisə İmişli şəhəri Koroğlu küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan “Mercedes-Benz” markalı minik avtomobili marketə çırpılıb. Hadisədən bir neçə saniyə öncə market qarşısından keçən yeniyetmə son anda qəzadan xilas olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketin giriş hissəsi dağılıb və nəqliyyat vasitəsi zədələnib. 

Həmin görüntüləri təqdim edirik:

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO